USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 200 milyon manat artırılır - Palata açıqladı

21.06.2019 İqtisadiyyat
0 0
Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 2019-cu ildə 200 mln. manat (5,1%) artırılıb. Artırılan məbləğ nəticəsində fondun dövlət büdcəsindən asılılığının səviyyəsi 38,3%-dən 32,8%-ə qədər azalması gözlənilir ki, bu da onun maliyyə dayanıqlılığının təmin edilməsində xüsusi əhəmiyyət kəsb edir.
"Kommersant.az" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib. Onun sözlərinə görə, dövlət başçısı tərəfindən əməkhaqlarının ayrı-ayrı sahələr üzrə 20-40% artımı ümumilikdə 18,7%-lik məcburi dövlət sosial sığorta haqları üzrə artım üçün əsas mənbə hesab ediləcək: "Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin 200 milyon artması onun yuxarı həddində həyata keçirilir. 2019-cu ilin büdcəsi qəbul olunarkən 3 faizlik yuxarı hədd qoyulsa da, bu, tam deyil, 2,7-2,8 faiz həcmində idi. 200 milyon manat vəsaitin artması büdcə qaydalarının pozulmasına gətirib çıxarmayıb. Dövlət Sosial Müdafiə Fondunun büdcəsində 150 milyon manat azaldılıb, büdcənin özündə məbləğ artırılır və hüquq-mühafizə orqanlarının xərclərinə yönəldilir".
  • Əvvəlki

    Usubov vidalaşdı, Eyvazov nazir qismində təqdim edildi

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0