USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi işləri davam etdirilir

23.06.2019 İqtisadiyyat
0 0
Bu gün Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin ikinci və üçüncü mərhələləri paralel olaraq davam edir.

"Kommersant.az" xəbər verir ki, bunu Trend-ə Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) bildiriblər.

Məlumata əsasən, layihənin birinci mərhələsi çərçivəsində yeni bitum qurğusu istifadəyə verilib və bu qurğu tam işə salınıb.

Qurğu daxili bazarda tələbata uyğun həcmdə bitum istehsal edir.

Qeyd edək ki, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi 2021-ci ildə başa çatacaq.

Bundan əvvəl SOCAR-ın emal məsələləri üzrə vitse-prezidenti Davud Məmmədov bildirmişdi ki, bundan sonra zavodda neft emalı işə düşəcək ki, bu da emal prosesini 2023-24-ci illərdə 7,5 milyon tonadək çatdırmağa imkan verəcək:

"Həmin vaxtadək Azərbaycan "Abşeron", "Ümid", "Babək" və digər yataqlardan kondensat hasilatını artırmaq niyyətindədir".

Onun sözlərinə görə, zavod oktyabrın birində istehsalı dayandıracaq.