USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Energetika naziri Vayanada OPEC+ iclasında iştirak edəcək

24.06.2019 İqtisadiyyat
0 0
Azərbaycanın energetika naziri Pərviz Şahbazov Vtyanada keçiriləcək OPEC və OPEC+ ölkələrinin nazirlərinin görüşündə iştirak edəcək.
"Kommersant.az" xəbər verir ki, bu barədə energetika nazirinin müşaviri, Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyeva deyib. "Nazir 1-2 iyul tarixlərində Vyanada keçiriləcək OPEC+ ölkələrinin nazirlərinin görüşünə dəvət olunub və həmin görüşdə iştirak etməyi planlaşdırır", - Əliyeva qeyd edib. Xəbər verildiyi kimi, görüşdə neft hasilatının məhdudlaşması üzrə sazişin, həmçinin hansı şərtlərlə uzadılmasına dair qərar qəbul olunacaq. Öncə OPEC və OPEC+ ölkələrinin nazirlərinin görüşünün keçirilməsi 25-27 iyun tarixlərində planlaşdırılırdı. Lakin sonra RF və Səudiyyə Ərəbistanı energetika nazirləri Aleksandr Novak və Xalid al-Falix qeyd ediblər ki, həmin dövrdə Yaponiyada G20 sammiti keçiriəcəyi səbəbindən həmin tarixlər münasib deyil.