USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

24.06.2019 İqtisadiyyat
0 0
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib. Trend həmin məlumatı təqdim edir:
EUR Qlobal risklərinin azalacağı ehtimallarının artması, avro kimi aparıcı valyutaların dollara nisbətən qiymətlərində bahalaşmaya səbəb olub. Belə ki, ABŞ ilə Çin arasında ticarət böhranı fonunda danışıqlar keçən həftədən yenidən bərpa edilib və cümə günü prezidentlər arasında böyük görüş gözlənilir. Maliyyə bazarlarında ümidlər artıb. Beləliklə, 1.14$-ın qırılma üzrə olduğu EUR/USD məzənnəsi, 1.1422$-a kimi də bahalaşa bilər. Bununla yanaşı, cümə axşamı Bakı vaxtı ilə saat 16:30-da ABŞ-ın iqtisadi inkişaf və cümə günü saat 13:00-da Avrozonanın inflyasiyasına dair önəmli fundamental məlumatlar açıqlanacaqdır. GBP GBP/USD məzənnəsi də bahalaşmaqdadır və 1.2813$-a kimi bahalaşa bilər. Cümə günü saat 12:30-da yayımlanacaq İngiltərənin iqtisadi inkişafı ilə bağlı önəmli statistik göstəricilər də böyük maraqla gözlənilir. Böyük Britaniyada baş nazir vəzifəsinə seçiləcək namizəd fonunda qeyri-müəyyənliklər və Avropa birliyindən sazişsiz ayrılma ehtimalları funta təzyiq edən əsas amillər arasındadır. TRY USD/TRY məzənnəsi 5.73TL-də dəstək görərək 5.81TL-yə kimi bir dəhliz daxilində ticarət edilməkdədir. Cümə günü saat 11:00-da Türkiyənin xarici ticarəti ilə bağlı dərc ediləcək önəmli göstəricilər də investorların diqqət mərkəzindədir. Ticarət balansında mənfi saldo daha da artarsa, lirə 6.00TL-yə kimi ucuzlaşa bilər. OIL Son günlər ABŞ və İran arasında siyasi münasibətlərin yenidən gərginləşməsi, neft qiymətlərinin bahalaşmasına səbəb olmuşdur. Oman körfəzində neft tankerlərinə olan hücumlar neftə olan tələbin artmasına, Avropanın Brent neftinin 66$-a kimi 9% dəyər qazanmasına səbəb olub. Təhlillərə əsasən, cari səviyyələrin üzərində möhkəmlənə biləcək qiymətlər, 68$-a kimi dəyər qazana bilər. Çərşənbə günü saat 18:30-da açıqlanacaq Amerikanın neft və benzin ehtiyatları ilə bağlı önəmli fundamental məlumatların da qiymətlərə güclü təsir edəcəyi gözlənilir. GOLD Beynəlxalq valyuta birjalarında dolların ucuzlaşması və Amerika mərkəzi bankının cari il ərzində iki faiz azaldılmasına gedə biləcəyi ehtimalları, əlvan metallar birjalarında da qızılın bahalaşmasına səbəb olub. Bir unsiya üzrə qiymət hal-hazırda 1402$-a (45.1 $/qram) ticarət edilir və 1414$-ı (45.5 $/qram) qırarsa, 1451$-a (46.7 $/qram) kimi də dəyər qazana bilər.