USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

160 illik Azərbaycan zavodu zərərdə

25.06.2019 İqtisadiyyat
0 0
Məşhur "Xan" araqlarının istehsalçısı və ən böyük spirt istehsalçısı “Göygöl Şərab Zavodu” ASC 2018-ci ili 6 milyon 479 min manat zərər ilə başa vurub. 2017-ci illə müqayisədə ötən il ASC-nin zərəri 1 milyon 463 min manat və ya 29% artıb. Zavod 2017-ci ili 5 milyon 16 min manat zərər ilə bağlamışdı. Zərərin səbəbi xərclərin gələriləri üstələməsi və fövqəladə xərclərdir.
"Kommersant.az" ASC-nin illik hesabatına istinadən xəbər verir ki, 2017-ci illə müqayisədə ötən il "Göygöl Şərab Zavodu"nun əsas əməliyyat gəlirləri 2,6 dəfə artaraq 10 milyon 236 min manat təşkil edib. Eyni zamanda, icarədən 102 min manat gəlir əldə edilib. ASC-nin ümumi əməliyyat gəlirləri 10 milyon 338 min manat təşkil edib. 2017-ci illə müqayisədə 2018-ci ildə əməliyyat xərcləri isə 30% artaraq 11 milyon 688 min manata yüksəlib. Xərclər gəlirləri üstələdiyindən 1 milyon 350 min manat əməliyyat zərəri yaranıb. Eymi zamanda, ötən il "Göygöl Şərab Zavodu"nun 5 milyon 239 min manat fövqəladə xərcləri yaranıb. Bu xərclər daxil zərər 6 milyon 479 min manata yüksəlib. Fövqəladə xərclərin nədən ibarət olduğu hesabatda açıqlanmayıb. "Göygöl Şərab Zavodu" ASC Azərbaycanın 160 ilə yaxın tarixə malik şərab, konyak, şampan, araq və alkoqolsuz içkilər istehsal edən müəssisəsidir. "Göygöl Şərab Zavodu" məhsullarını "Xan" ticarət nişanı ilə istehsal edir. Həmçinin, "Göygöl Şәrab Zavodu" Azərbaycanın ən böyük spirt zavodudur. Marja.az
  • Əvvəlki

    160 illik Azərbaycan zavodu zərərdə

Digər xəbərlər

28.11.2024 İqtisadiyyat
İrandan 'neft' etirafı
0 0
28.11.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0
28.11.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0