USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gədəbəydə yaşayış məntəqələrinə təbii qaz verildi

26.06.2019 İqtisadiyyat
0 0
Gədəbəy rayonunun Yenikənd, Çobankənd və Köhnəqışlaq kəndlərinə təbii qazın verilib.
"Azəriqaz"dan "Kommersant.az"a verilən məlumata görə, bu məqsədlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və "Azəriqaz"ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, ümumilikdə 521 fərdi evdən ibarət kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 44 016 metr müxtəlif diametrli polad borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz"İstehsalat Birliyi tərəfindən cari ildə də ucqar kəndlərin qazlaşdırılması məqsədi ilə hazırlanmış qazlaşdırma proqramına uyğun olaraq Gədəbəy rayonunun 8 yaşayış məntəqəsinin mərhələli şəkildə qazlaşdırılması nəzərdə tutulub. Dağlıq relyef olduğundan texnikanın çətinliklə işlədiyi ərazilərdə, qaz borularını işçilərin əlləri ilə həmin ərazilərə daşınması, hava şəraitinin qeyri sabit yağıntılı keçməsinə baxmayaraq, artıq görülən işlər tamamlanaraq yaşayış məntəqələrinə sayğac quraşdırma işləri aparılıb. Hazırda Gədəbəy rayonunun Qurudərə və Sarıköynək kəndlərində qazlaşdırma işləri aparılır, Novoivanovka, Çiçəkli, həmçinin Şahdağ kəndlərində isə tikinti quraşdırma işləri yekunlaşdırılaraq istismara qəbul mərhələsindədir. Tezliklə təbii qazın verilişi təmin ediləcək. Bildirilib ki, qeyd olunan bölgədə yerləşən kəndlərə təbii qazın verilməsi əhalinin həyat şəraitinin yaxşılaşmasına, ekologiyanın qorunmasına xidmət edir və qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında "bir pilləli" tənzimləmə sistemi tətbiq olunur ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə eləcə də istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.