USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edildi

26.06.2019 İqtisadiyyat
0 0
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 15 noyabr tarixli 1334-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 767; 2006, № 12, maddə 1057; 2008, № 9, maddə 798; 2012, № 6, maddə 547, № 12, maddə 1271; 2013, № 11, maddə 1327, № 12, maddə 1510; 2014, № 4, maddə 360; 2016, № 1, maddə 43, № 5, maddə 883, № 9, maddə 1463, № 11, maddə 1807; 2017, № 3, maddə 370, № 5, maddə 757, № 7, maddə 1377, № 10, maddə 1804, № 12 (I kitab), maddə 2293; 2018, № 6, maddələr 1231, 1239, № 7 (I kitab), maddə 1489, № 12, maddə 2552; 2019, № 1, maddə 95) 2.1-1-ci və 2.1-2-ci bəndlərində "kontorlarının" sözü "ofislərinin" sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 323, № 12, maddə 1034; 2007, № 11, maddə 1105, № 12, maddə 1246; 2009, № 7, maddə 533, № 8, maddə 627, № 10, maddə 773, № 12, maddələr 983, 988; 2010, № 2, maddə 83, № 4, maddə 292, № 11, maddə 966; 2011, № 1, maddə 18, № 2, maddə 85, № 4, maddə 281, № 6, maddə 497, № 10, maddə 894, № 11, maddə 993; 2012, № 10, maddə 950; 2014, № 6, maddə 627, № 7, maddə 820, № 9, maddə 1029; 2016, № 1, maddə 77; 2017, № 2, maddə 184, № 10, maddə 1784; 2018, № 6, maddə 1205, № 7 (I kitab), maddə 1480; 2019, № 3, maddə 431; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 may tarixli 708 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə"nin 10.5-ci bəndində "onun ləğv edilməsi barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək və ya onu qanunvericiliklə müəyyən edilmiş hallarda ləğv etmək" sözləri "qanunla müəyyən edilmiş hallarda şəhadətnaməni ləğv etmək" sözləri ilə əvəz edilsin.

3. "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin hesabına dövlət rüsumlarından daxil olan vəsaitdən istifadə qaydası haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 712 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 12, maddə 1466) 2-ci hissəsində "kontorlarının" sözü "ofislərinin" sözü ilə əvəz edilsin.

4. "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 1 may tarixli 1358 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 762, № 11, maddə 2023, № 12 (I kitab), maddə 2343; 2018, № 6, maddə 1235, № 9, maddə 1842, № 12 (I kitab), maddələr 2555, 2596, 2603; 2019, № 1, maddə 95) 2.3.2-ci yarımbəndində hər iki halda "kontorlarının" sözü "ofislərinin" sözü ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 819 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (II kitab), maddə 2671) ilə təsdiq edilmiş "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı"nın "6. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı" hissəsinin 6.3.3-cü yarımbəndində "kontorlarının" sözü "ofislərinin" sözü ilə əvəz edilsin.