USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Həyat sığortası 26% azalıb, qeyri-həyat sığortası isə 5% artıb

26.06.2019 İqtisadiyyat
0 0
Bu ilin yanvar-may aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 116 milyon 252 min manat sığorta haqqı toplanılıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına görə, bu, ötən ilin yanvar-may ayları ilə müqayisədə 26,4% azdır.

Qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 203 milyon 21 min manat təşkil edib. Bu isə illik müqayisədə 5,2% çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 20,3% azalaraq 31 milyon 98 min manata düşüb, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 7,3% artaraq 62 milyon 680 min manata çatıb.

Beləliklə, 2019-cu ilin yanvar-may aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 26,75 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 30,9 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2018-ci ilin yanvar-may aylarında müvafiq olaraq 24,7 manat və 30,3 manat olub.

Könüllü sığorta 17% azalıb, icbari sığorta isə 12% artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 212 milyon 707 min manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü müqayisədə 16,7% azdır.

İcbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 11,7% artaraq 106 milyon 565 min manat olub.

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 64 milyon 23 min manat təşkil edib ki, bu da illik müqayisədə 8,3% azdır. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 7,55% artaraq 29 milyon 754 min manata çatıb.

Beləliklə, 2019-ci ilin yanvar-may aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 30,1 manatı qədər ödəniş edilib. Bu rəqəm 2018-ci ilin yanvar-may aylarında 27,3 manat olub. Son 1 ildə icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 29 manatdan 27,9 manata düşüb.

Renkinq