USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünyanın ən sürətli avtomobili - Holland tələbələrin layihəsi

27.06.2019 İqtisadiyyat
0 0
Hollandiyada universitet tələbələri günəş enerjisi ilə işləyən avtomobili təqdim ediblər.

"Kommersant.az" xəbər verir ki, avtomobil 725 km/saat sürətlə hərəkət edə biləcək. Bir modelin satış qiyməti isə 149 min avrodan başlayacaq. Layihə "The ligthyear One" adlanır.

2015-ci ildə Hollandiyanın Eyndhoven universitetinin bir qrup tələbəsi bu layihəni əvvəlcə bir müsabiqə üçün hazırlamışdılar. İlk layihə "Stella Lux" adlanırdı və günəş enerjisi ilə çalışan ailə maşını idi. Sonradan tələbələr layihəni daha da inkişaf etdirərək çox sürətli model hazırlayıblar.