USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Baş nazir maaşlarla bağlı qərarlara dəyişiklik

29.06.2019 İqtisadiyyat
0 0
Baş nazir Novruz Məmmədov "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi" və "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi haqqında" qərarlara dəyişiklik edib

"Kommersant.az" xəbər verir ki, dəyişiklik "Minimum aylıq əməkhaqqının artırılması haqqında" Aprezidentin 2019-cu il 8 fevral tarixli sərəncamını icra etmək məqsədi ilə olunub. Dəyişikliyə görə, həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləği" və yenə də həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləği" yeni redaksiyada təsdiq edilib.

Maliyyə Nazirliyinə tapşırılıb ki, bu Qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitlərin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.