USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakının ən iri rayonlarından biri niyə başsız qalıb? - MÜƏMMA

29.06.2019 İqtisadiyyat
0 0
Ötən il dekabrın 13-də Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov vəzifəsindən azad edildi. Onun postunu itirməsi gözlənilməz olmadı: 2006-cı ilin sentyabrından adıçəkilən rayona rəhbərlik etmiş Razim Məmmədov paytaxt rayonlarının icra başçıları arasında fəaliyyəti ən çox təftiş və tənqid edilən icra başçısıd idi.

"Kommersant.az" xəbər verir ki, vəzifəsindən azad edilməmişdən bir az əvvəl isə onun yaxın qohumu, həmin vaxt Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini işləyən Xalid Məmmədov həbs olundu. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılan X.Məmmədov Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilmişdi. O, Xətai rayonunda bir sıra qanunsuz tikililərə görə və rüşvət almaqda təqsirli bilinir.

Bu həbs R.Məmmədovun "vurulmasını" daha da sürətləndirdi.

Maraqlısı odur ki, aradan 7 aydan çox keçməsinə baxmayaraq, Xətai rayonuna hələ də yeni icra başçısı təyin edilməyib. Bunun konkret səbəbləri məlum deyil.

Qaynarinfo-ya daxil olan məlumata görə, Bakının ən iri rayonlarından sayılan (ərazisi 31,6 кvadrat kilometrə çatır, əhalisi isə 290 min nəfərdən çoxdur) Xətai rayonuna rəhbərlik etmək arzusuna düşənlərin sayı çoxdur. Lakin hələ ki, onlardan konkret hər hansı birinin adı üzərində dayanmaq mümkün olmur. Xüsusilə paytaxt meri Eldar Əzizov bu təyinatın məhz onun istəyi ilə gerçəkləşdirilməsinə çalışır. Əzizovla bərabər, başqa bir neçə iri məmurun da həmin posta öz namizədinin olduğu deyilir.

Sonda hansı namizədin üzünün güləcəyini demək çətindir.

Yalnız o bəllidir ki, Bakının aparıcı rayonlarından biri faktiki olaraq 7 aydan çoxdur başsız qalıb və hazırda həmin rayonun İcra Hakimiyyəti başçısının səlahiyyətlərini R.Məmmədovun da müavini olmuş şəxs idarə edir.