Daxili İşlər Nazirliyinin Polis Akademiyasında növbəti tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib. Tədbirdə Prezident yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, Prezidentin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov iştirak ediblər.
"Kommersant.az" Real TV-yə istinadla xəbər verir ki, tədbir iştirakçıları Heydər Əliyevin, həmçinin suverenliyimiz, ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərin, xidməti borcu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Nazir deyib ki, Azərbaycanda hər bir polis əməkdaşı mədəniyyəti, nəzakətli davranışı ilə fərqlənməli, vətəndaşlarımızın güvənc yeri olmalı, hər zaman xidməti borca və anda sadiq qalmalı, öz üzərində işləməli, təcrübəli həmkarlarından öyrənməli, nəzəri biliklərini, peşəkarlığını durmadan artırmalıdır. Bununla yanaşı, cəsur, mübariz, qətiyyətli, prinsipial, savadlı, təşəbbüskar, insanlarla ünsiyyət qurmağı bacaran dövlət qulluqçusu kimi formalaşmalıdır.
Kredit Müraciəti
Bu gün 6 kredit müraciəti edilib
Prezidentin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov tədris ilinin növbəti buraxılışı münasibətilə mərasim iştirakçılarını təbrik edib.
Tədbirin sonunda Daxili İşlər naziri V.Eyvazov Polis Akademiyasını fərqlənmə ilə bitirmiş 5 məzuna diplomları təqdim edib.
Banker.az