USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İran OPEC+ formatında əməkdaşlığı mənasız hesab edir

01.07.2019 İqtisadiyyat
0 0
Rəsmi Tehran OPEC+ formatında əməkdaşlığı mənasız hesab edir.

"Kommersant.az" xəbər verir ki, bunu İranın neft naziri Bijan Namdar Zanqane bildirib.

Onun sözlərinə görə, OPEC+ formatının mənasız olmasına səbəb, OPEC daxilində birliyin olmamasıdır.

O əlavə edib ki, bəzi OPEC üzvü olan ölkələr İrana və digər ölkələrə qarşı düşmənçilik edir.

Zanqane əlavə olaraq vurğulayıb ki, İran kartelə daxil olmayan ölkələrlə də müqaviləni dəstəkləyir: "İran OPEC-i tərk etməyəcək. Ancaq mən əminəm ki, OPEC ölür. Buna səbəb isə alyansda qərarların qəbul edilməsi məsələsi Moskvanın və Ər-Riyadın əlinə keçib".

Onun fikrincə, Rusiya və Səudiyyə Ərəbistanının alyansdakı hakimiyyətinin güclənməsi OPEC-də əməkdaşlığa təsir göstərəcək.

Report

  • Əvvəlki

    İcra hakimi bahalı avtomobil qalmaqalın münasibət bildirdi

Digər xəbərlər