USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gənc azərbaycanlının startapını Çili dövləti maliyyələşdirir

01.07.2019 İqtisadiyyat
0 0
Azərbaycanlı gənc Eyvaz Hüseynovun Türkiyə və Avstraliyadan olan tərəfdaşları ilə birgə yaratdığı startap Çili dövlətinin diqqətini cəlb edib və layihənin maliyyəsini öz üzərinə götürüb.

"Kommersant.az" xəbər verir ki, bu layihə səfərə gedən səyahətçilərlə başqa bir ölkədən məhsul almaq istəyən müştəriləri bir araya gətirən platformadır. Burada ünsiyyət quran səhayətçi və müştərilər müxtəlif ölkələrdən istədikləri məhsulu asanlıqla əldə edə bilir. Hazırda Latın Amerikası, Türkiyə, Yaxın Şərq, Şimali Afrika bazarında genişlənən layihənin Türkiyə, Çili və Avstraliyada mərkəzləri var. Eyvaz Hüseynovun sözlərinə görə daha bir mərkəzin Bakıda açılması planlaşdırılır və bu istiqamətdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə danışıqlar aparılır.

Qeyd edək ki, 26 yaşlı Eyvaz Hüseynov Azərbaycan Dövlət İqtisad Universitetində oxuyub, daha sonra təhsilini Türkiyədə davam etdirib və artıq bir ildir ki, Çilidə yaşayır.

Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun keçirdiyi II Yay Düşərgəsinin iştirakçısıdır. E.Hüseynov düşərgəinin müxtəlif ölkələrdə yaşayan gənc soydaşlarımızla şəbəkə qurmaq, eləcə də Çilidəki çox az sayda olan həmyerlilərimizlə bərabər Azərbaycan diasporunu formalaşdırmaq baxımından faydalı olacağını düşünür.

Modern.az

  • Əvvəlki

    Dünya bazarlarında neftin - QİYMƏTİ

Digər xəbərlər

26.12.2024 İqtisadiyyat
Neft bahalaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Lirə ucuzlaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0