Bir qədər əvvəl Ramana körpüsünün üzərində yol nəqliyyat hadisəsi baş verib.
"Kommersant.az" Report-a istinadən xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.
Onun sözlərinə görə, bununla əlaqədar olaraq qəza yerinə yaxın yolda bir hərəkət zolağı baglanib:
"Sürətlər 20 km saat endirilib. Qəza səbəbindən qeyd edilən ərazidə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunub. Qısa vaxtda qəzanın nəticələri aradan qaldırılıb və normal hərəkət bərpa edilib".