USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Palata “METAK” və “Akaben”i cərimələdi - SƏBƏB

15.07.2019 İqtisadiyyat
0 0
Maliyyə Bazarlarına Nəzarət Palatası “ME-TAK” MMC, “AKABE” MMC və “Hermes Group” MMC-ni də cərimələyib.

"Kommersant.az" Banker.az-a istinadən bildirir ki, hər üç şirkəti İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə cərimələnib.

Adıçəkilən məcəllənin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Qərardan verilən şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır.

Xatırladaq ki, "ME-TAK" Azərbaycanda ən böyük plastik matriallar isethsal edən zavodlardan biridir. Bununla yanaşı qurum ölkənin maliyyə bazarında da qiymətli kağızlar emissya edib.

"Akabe" isə 2000-ci ildən etibarən fəaliyyət göstərir. Fəaliyyəti inşaat materiallarının istehsalı və satışından ibarətdir.

  • Əvvəlki

    “Kapital Bank”ın faizdən gəlirləri tarixi rekordunu yenilədi - 6 aya 190 mln. manat

Digər xəbərlər

26.12.2024 İqtisadiyyat
Lirə ucuzlaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0