USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Şərab zavodunun sahibləri yeni sədr seçəcək

18.07.2019 İqtisadiyyat
0 0
“Cəlilabad Şərab 2” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.

"Finans.az" xəbər verir ki, yığıncaq 3 sentyabr 2019-cu il saat 11.00-da Cəlilabad rayonu, Qarazəncir kəndində "Cəlilabad Şərab -2" ASC-nin inzibati binasında baş tutacaq.

Yığıncağın gündəliyinə tək başçı (sədr) icra orqanının seçilməsi, cəmiyyətin nizamnaməsinin yeni redaksiyada təsdiqi, dividendlərin verilməsi qaydasının təsdiq edilməsi və digər məsələlər daxildir.