İran İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) Fars körfəzində neft tankerini ələ keçirib.
"Kommersant.az" xəbər verir ki, SEPAH-ın bu gün yayımladığı bəyanatda bildirilib ki, neft tankeri uzun sürən izləmədən sonra təhlükəsizlik qüvvələrinin əməliyyatı nəticəsində bazar günü saxlanılıb.
Tankerin 1 milyon barel həcmində qaçaq neft daşığı məlum olub. Gəminin ekipaj üzvü olan 12 əcnəbi həbs olunub.