İyulun 19-u saat 11:00-dan 15:30-dək Abşeron rayonu bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.
"Kommersant.az" xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
T.Mustafayevin sözlərinə görə, fasilə 110/35/6 kVt-luq 91 saylı yarımstansiyasında yeni avadanləqların quraşdırılması işləri ilə əlaqədardır. Yaranmış narahatlığa görə "Azərişıq" ASC istehlakçılarından üzr istəyir.