“Hazırda Türkiyəyə qarşı sanksiya tətbiq etməyi düşünmürəm”.
"Kommersant.az" Anadolu agentliyinə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp belə bəyanatla çıxış edib. "S-400" məsələsində hazırda Türkiyəyə qadağalar tətbiq etməyi nəzərdən keçirmirik" - deyə Tramp bildirib.
Qeyd edək ki, prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun və Dövlət katibi Mayk Pompeonun Ankaraya qadağalar tətbiq edilməsi üçün Trampa təzyiq göstərdiyi iddia edilir.