USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

6 ayda Türkiyədə 20 azərbaycanlı anonim şirkət qurub: sahibləri kimlərdir?

24.07.2019 İqtisadiyyat
0 0
Türkiyədə ilin ilk yarısında 6179 xarici şirkət fəaliyyətə başlayıb.

"Kommersannt.az" xəbər verir ki, qurulan xarici anonim və limited şirkətlər ümumilikdə 1 699 955 298 türk lirəsi investisiya yatırıb. Həmin şirkətlərin 559-u anonim, 5620-si isə limited statusu ilə yaradılıb. Şirkətlərin 362-si İstanbul şəhərində qeydiyyatdan keçib. Şəhərə qoyulan yatırımın dəyəri 169 270 084 lirədir.

Anonim şirkətlərin yaradılması üçün 219 898 733, limited şirkətlər üçün isə 480 956 565 lirə xərclənib.

Qonşu ölkədə ən çox İran vətəndaşları anonim şirkət yaradıb. 33 anonim şirkətin əsası İran, 28-i Almaniya, 20-si Azərbaycan vətəndaşları tərəfindən qoyulub.

Limited şirkətlərdə isə İran, Suriya və Səudiyyə Ərəbistan ilk sıralardadır.

Qaynarinfo