USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Şüşələri parçalanır: Bakıdakı dayanacaqlar küləyə dayanıqsızdır? - Rəsmi açıqlama

24.07.2019 İqtisadiyyat
0 0
Suraxanı rayonunun Hövsan qəsəbəsində güclü külək dayanacağın şüşələrini qırıb. Daha öncə "Jurnalistlərin binası"nın önündəki dayanacaqda və şəhərin digər yerlərindəki bir neçə dayanacaqda da analoji hal müşahidə olunmuşdu.

"Kommersant.az" xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev "Yeni Sabah"a açıqlamasında dayanacaqlardakı şüşələrin dayanıqsız olmadığını bildirib:

"Güclü külək əsib, buna görə dağılıb. Küləkdə hər şey ola bilər. Hazırda BNA tərəfindən quraşdırılan dayanacaqda təmir işləri gedir şüşə yenisi ilə əvəzlənir".

Hövsan qəsəbəsindəki dayanacağın mediada yayılan fotolarında daha bir qəribəlik diqqəti çəkir. Belə ki, buradakı köhnə, yararsız hala düşmüş dayanacaq nə təmir olunub, nə də yerindən götürülüb.

Mətbuat katibi həmin dayanacağın oradan götürüləcəyini deyib:

"Standartlara uyğun olmadığı və istifadəyə yararsız olduğu üçün həmin dayanacaq ərazidən götürüləcək. Ümumilikdə bildirim ki, şəhər üzrə dayanacaqlar BNA-ya yeni verilib. Hazırda təhvil alınan dayanacaqların zəruri olanları əsaslı təmir edilir, uyğunsuzluqlar aradan qaldırılır".