USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Jara” festivalına bilet alanlar üçün marşrut xətti təşkil ediləcək

25.07.2019 İqtisadiyyat
0 0
Bakı Nəqliyyat Agentliyi (BNA) Sosial Məsuliyyət Layihələri çərçivəsində ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin daha rahat və təhlükəsiz təşkili, eyni zamanda əhalinin, şəhərimizə gələn qonaqların tədbir keçiriləcəyi məkana gedərkən müxtəlif nəqliyyat vasitələrindən istifadə etməmələri üçün bir sıra tədbirlərə dəstəyini davam etdirir.

"Kommersant.az" xəbər verir ki, bu barədə BNA-nın açıqlamasında bildirilib.

Məlumatda deyilir ki, bu gündən iyulun 28-nə qədər keçiriləcək "Jara" Beynəlxalq Musiqi Festivalına bilet alan tamaşaçıların daşınması üçün ekspres marşrut xətti təşkil ediləcək. Marşrut xətti üzrə avtobuslar Səməd Vurğun bağı (Dilarə Əliyeva küçəsindən) - Nardaran qəsəbəsi, "Sea Breeze" istirahət mərkəzinə hərəkət edəcəklər. Daşımalara ümumilikdə 40 avtobusun cəlb edilməsi nəzərdə tutulub.

Ekspres xətt üzrə avtobuslar saat 15:45-dən fəaliyyət göstərəcək, eyni zamanda tədbir bitdikdən sonra tamaşaçıların əks istiqamətə daşınması təmin ediləcək.

  • Əvvəlki

    “Evrascon” ASC-nin cərimələnməsi üçün məhkəməyə şikayət verilib

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0