USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Hərbi Prokurorluqdan dənizə düşən təyyarə ilə bağlı - AÇIQLAMA

25.07.2019 İqtisadiyyat
0 0
Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işi başlanılıb.

"Kommersant.az" xəbər verir ki, bu barədə "Yeni Sabah"a Hərbi Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Müdafiə Nazirliyinin məlumat yaydığı məlum hadisə ilə əlaqədar, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda cinayət işi başlanaraq hərbi prokurorluğun təcrübəli və peşəkar işçilərindən ibarət istintaq qrupu yaradılıb və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilməyə başlanılıb. Hazırda ibtidai araşdırma intensiv davam etdirilir.

Hadisə yeri müəyyən olunaraq baxış keçirilməsi, iş üçün əhəmiyyət kəsb edən predmetlərin götürülməsi, hadisə şahidlərinin dairəsi müəyyən edilərək onların dindirilməsi, müvafiq ekspertizaların keçirilməsi və eləcə də digər zəruri istintaq hərəkətlərinin icrası təmin edilməklə, qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlər görüləcəkdir.

Hərbi Prokurorluğunun rəhbərliyi də istintaq qrupu ilə birlikdə hadisə yerinə gedib.

  • Əvvəlki

    Yol çəkilişi zamanı qaz xətti zədələnib

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0