Naməlum şəxslər Braziliyanın San Paulu şəhərindəki beynəlxalq hava limanından 750 kiloqram qızıl oğurlayıblar.
Qaynarinfo-nun məlumatına görə, bu barədə "Globo" portalı xəbər verib.
Cinayətkarlar iyulun 25-də hava limanına polis avtomobilinə bənzəyən iki maşınla gəliblər. Onlar həmçinin hüquq-mühafizə orqnlarının formasını geyinib silahlanmışdılar.
Yük terminalına girdikdən sonra cinayətkarlar Brink's şirkətinə məxsus ikasator furqonunu qarət edərək qaçıblar.
Oğurlanan qızılın dəyəri 30 milyon ABŞ dolları dəyərində qiymətləndirilir.