İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) bu il dünya iqtisadiyyatının artımı ilə bağlı proqnozunu dəyişib.
"Kommersant.Az"ın əldə etdiyi məlumata görə, qurum bu il dünyada iqtisadi artımın 3,8% təşkil edəcəyini proqnozlaşdırır. Bu ilin mart ayında açıqlanmış proqnozda sözügedən göstərici 3,9% idi.
O cümlədən OECD avrozona üçün builki iqtisadi artım proqnozunu da 0,1 faiz bəndi azaldaraq 2,2%-ə endirib, gələnilki iqtisadi artım proznozunu isə 2,1% səviyyəsində saxlayıb.
ABŞ üçün iqtisadi artım proqnozu dəyişdirilməyib. EOCD bu il ABŞ iqtisadiyyatının 2,9%, gələn il isə 2,8% böyüyəcəyini proqnozlaşdırır.
Xatırladaq ki, ötən il qlobal iqtisadi artım 3,7% təşkil edib.