USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

50 qəpiyə alıb iki manata satırlar - VİDEO

27.07.2019 İqtisadiyyat
0 0
Xaçmazın şaftalı bağlarında iyulun ilk günlərindən yığıma başlanılıb.

"Kommersant.az" xəbər verir ki, hazırda rayonun meyvə bağlarında "Zolotoy", "Fədai" və "Nektarin" kimi sortların yığımı həyata keçirilir.

Son beş ildə məhsuldarlığın 4-5 qat aşağı düşdüyü deyilir. Meyvənin hazırkı qiyməti də təsərrüfatçıları qane etmir. Onlar şaftalının bir kiloqramını növündən və keyfiyyətindən asılı olaraq 50-80 qəpiyə satırlar. Bu qiymət isə istehsal və yığım xərclərini belə tam ödəmir.

Bağdan alınan məhsul şəhər piştaxtalarında 3-4 dəfə baha satılır. Yığılan məhsul paytaxt bazarına və Rusiya Federasiyasına göndərilir.

Qeyd edək ki, ümumilikdə Xaçmaz rayonunda 3 min hektaradək şaftalı bağları var. Hər il bu bağlardan 20 min tonadək şaftalı toplanır. (Oxu.az)

  • Əvvəlki

    Bakıda “Metropark” ticarət və əyləncə mərkəzində yanğın

Digər xəbərlər

27.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
27.11.2024 İqtisadiyyat
Azərbaycan buğda idxalını azaldıb
0 0