USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya qızıl ehtiyatını artırır

27.07.2019 İqtisadiyyat
0 0
Rusiya Mərkəzi Bankı İyun ayında 18 min 670 kiloqram qızıl alaraq ümumi qızıl ehtiyatını 2 min 208 tona çatdırıb.

Rusiya Vaşinqton tərəfindən tətbiq olunan sanksiyalar səbəbilə dollardan uzaq durmaq üçün qızıl ehtiyatını artırır.

"Kommersant.az" xəbər verir ki, Rusiya bu ilin əvvəlindən bəri qızıl ehtiyatını 96 ton 400 kiloqram artırıb. Dünya Qızıl Şurasının məlumatına görə, Rusiya keçən il 275 ton qızıl alaraq ən çox qızıl olan ölkələr arasında birinci yerə yüksəlib.

Qızılın unsiyasının qiymətinin yaxın gələcəkdə 1500 dollara, hətta 1940 dollara yüksələcəyi barədə proqnozlar verilir. Bu gün qızılın unsiyasının qiyməti 1420 dollardır. Hazırda nisbətən qiyməti aşağı olduğu üçün Rusiyanın mümkün olan ən çox miqdarda qızıl almaq istəyir.

Rusiyanın qızıl ehtiyatının dəyəri 100 milyard dolları keçib. (Marja)