Bu gündən başlayaraq Azərbaycanın bir sıra magistral yollarında yol polisi maşınlarının maketləri quraşdırılıb.
"Kommersant.az" xəbər verir ki, artıq bir çox yollara bu maketlərdən qoyulub və bununla sürücülər aldadılaraq sürət həddini aşmamağa məcbur edilir.
Hazırda həmin maketlərin Kürdəmir rayonu ərazisində quraşdırılması işi aparılır. Bu haqda saytımıza xəbər verən hadisə şahidləri bildiriblər ki, hətta gecələr bu "maşınların" üstündə sayrışan işıqlar olacaq.
Yol polisi rəhbərliyinin belə bir addım atmasına səbəb isə sürücüləri qarşıda yol polisi olduğu mesajı ilə aldadaraq onları qayda pozmaqdan çəkindirməkdir.