Şimali Makedoniya prezidenti Stevo Pendarovskinin feysbuk hesabında paylaşdığı foto dünya gündəminə oturub.
"Kommersant.az" bildirir verir ki, görüntülərdə İsrailin Makedoniyadakı səfiri Dan Oryanın akrobatik istedadı əks olunub.
Prezident paylaşımına bu sözləri yazıb: "İsrail səfirinin başıüstə qalxdığı bu foto həm bir ilham qaynağı, həm də idman etməyin nə qədər əhəmiyyətli və komik olmasının sübutudur".
Oryan, eyni zamanda, İsrail Xarici İşlər Nazirliyinin Balkan Ölkələri Komitəsinin direktorudur. O, gənc yaşlarında gimnastika ilə məşğul olub.