Daxili İşlər naziri Vilayət Eyvazovun əmriylə yeni təyinat olub.
"Kommersant.az" redaktor.az-a istinadən xəbər verir ki, polis polkovnik-leytenantı Vüsal Rüstəmov Balakən Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyin edilib.
Bu təyinata qədər Binəqədi Rayon Polis idarəsində xidmət edən polis polkovnik-leytenantı Vüsal Rüstəmov polis orqanlarında peşəkar polis zabitlərindən hesab olunur.