Bu günə qədər Azərbaycanda taxıl əkilmiş sahələrin 99,2%-i biçilib.
"Kommersant.az" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, ölkə üzrə 3 161 692 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,4 sentnerdir.
Abşeron, Ağdam, Ağdaş, Ağcabədi, Ağstafa, Ağsu, Astara, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Cəlilabad, Cəbrayıl, Daşkəsən, Şabran, Füzuli, Naftalan, Göyçay, Hacıqabul, Xaçmaz, Xızı, İmişli, İsmayıllı, Kürdəmir, Qax, Qazax, Qəbələ, Quba, Masallı, Neftçala, Oğuz, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Tərtər, Tovuz, Ucar, Yevlax, Zaqatala və Zərdabda taxıl biçini başa çatıb. Naxçıvan MR-da, Qobustan, Şamaxı və Şəki rayonlarında taxıl biçini başa çatmaq üzrədir. Qobustan ərazisində arpa əkilmiş 9 382 hektar sahə artıq biçilib, buğda əkilmiş 22 258 hektar sahənin 21 948 hektarı artıq biçilib. Rayonda arpa məhsuldarlıq 23,7 s/ha, buğda üzrə məhsuldarlıq 25,3 s/ha təşkil edir. Naxçıvanda arpa əkilmiş 8 579 hektar sahənin 8 469 hektarı artıq biçilib, buğda əkilmiş 24 729 hektar sahənin 23 037 hektarı artıq biçilib. Muxtar Respublikada arpa üzrə məhsuldarlıq 29,7 s/ha, buğda üzrə məhsuldarlıq 31,0 s/ha təşkil edir. Goranboy, Şəmkir və Qusar rayonlarında da taxıl biçinində yüksək nəticələr əldə edilib.