Bakı şəhərində yerləşən ayrı-ayrı ticarət və ictimai iaşə obyektlərində kassa çeklərinin təqdim edilməsi vəziyyətinin yoxlanılması ilə bağlı aparılan monitorinq zamanı vergi nəzarəti ilə əhatə olunmuş obyektlərin 97 faizində nəzarət-kassa aparatlarından istifadə ilə bağlı qanun pozuntusu halları aşkarlanıb.
"Kommersant.az" xəbər verir ki, bu barədə Vergilər Nazirliyi məlumat verib. Məlumatda bidirilir ki, yoxlamalar nəticəsində 194 obyektdəki kassa aparatlarından istifadə zamanı kassa çeklərinin təqdim olunmadığı, 320 nəfərin əmək müqaviləsiz işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olunub.