Səhər saatlarından etibarən Bakıda və Abşeron yarımadasında güclü külək müşahidə olunur.
"Kommersant.az" xəbər verir ki, əvvəlcədən də proqnozlaşdırıldığı kimi, şimal-qərb küləyinin sürətinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək çatacağı gözlənilir.
Gözlənilən güclü küləklə əlaqədar əhaliyə diqqətli olmaq tövsiyə olunur. Vətəndaşlar açıq havada olarkən bu faktoru nəzərə almalıdırlar.