USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nabrandakı "Sunset Forest" vergidən necə yayınır?

11.08.2019 İqtisadiyyat
0 0
Vergidən yayınmaya qarşı nə qədər mübarizə aparılsa da, bu kimi halların qarşısını almaq mümkün olumur. Bəzi sahibkarlar müxtəlif yollarla qazancını gizlədir, milyonlarla vəsaiti dövlət büdəsindən yayındırır. Belələrindən biri də Nabranda fəaliyyət göstərən "Sunset Forest" istirahət mərkəzinin rəhbərliyidir.

"Kommersant.az" xəbər verir ki, bu barədə Qaynarinfo-ya istirahət mərkəzinin müştərilərindən biri məlumat verib. Onun sözlərinə görə, "Sunset Forest"in ərazisində 20-dən artıq kabinet var. Hər bir kabinetin gündəlik icarə haqqı 50-60 manatdır. Həmçinin mərkəzin restoranı və əyləncə məkanları fəaliyyət göstərir. Amma nə kaibentlərdə, nə də restoranda ödənilən məbləğə görə müştərilərə çek verilmir. Bu isə külli miqdarda vəsaitin vergidən yayındırılmasına səbəb olur.

Qeyri-iş günü olduğundan rəsmi qurumların məsələyə münasibətini öyrənə bilmədik.