Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
"Kommersant.az" xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan xəbərə görə, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-24° isti, gündüz 28-31° isti, Bakıda gecə 22-24° isti, gündüz 29-31° isti təşkil edəcək.
Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti: Şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında əksər rayonlarda əasən yağmursuz, lakin bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti, dağlarda gecə 13-18° isti, gündüz 22-26° isti təşkil edəcək.