USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Müsavat Partiyasını kim maliyyələşdirir? - ŞOK İDDİA

13.08.2019 İqtisadiyyat
0 0
“Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat partiyasının sabiq başqanı İsa Qəmbəri “Sirab” şirkəti maliyələşdirir”.

"Kommersant.az" Yeni Sabaha istinadən xəbər verir ki, bu sensasion iddia ilə hazırda Avropada yaşayan müsavatçı jurnalist Laçın Məmişov çıxış edib.

“Youtube” üzərində canlı yayım edən jurnalist İsa Qəmbəri və Müsavat Partiyasının başqanı Arif Hacılını bu barədə suallarına cavab verməyə çağırıb:

“Mən buradan İsa Qəmbərə və Arif Hacılıya müraciət edib, “Sirab”dan onlara nəyə görə pullar verilməsinə cavab istəyirəm. Bu gün İsa Qəmbərin bütün müalicə xərclərini “Sirab” şirkəti ödəyir. İsa Qəmbər, Arif Hacılı, bu suallara cavab verin. Məndən qaça bilməyəcəksiniz. Gec-tez ifşa olunacaqsınız”.

Qeyd edək ki, “Sirab” şirkəti Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun ailə şirkətlərindən biridir.

  • Əvvəlki

    İran xəbərdarlıq etdi - MÜHARİBƏ OLACAQ!

Digər xəbərlər

28.11.2024 İqtisadiyyat
İrandan 'neft' etirafı
0 0
28.11.2024 İqtisadiyyat
Yeni lizinq şirkəti təsis edilib
0 0