USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazirlər Kabinetindən daha bir qərar - bu şəxslərin maaşları artırıldı

13.08.2019 İqtisadiyyat
0 0
Mədəniyyət Nazirliyinin Dövlət Film Fondunun işçilərinin aylıq vəzifə maaşları artırılıb.

"Kommersant.az" APA-ya istinadən xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında" qərarda dəyişiklik edib.

Beləliklə, Dövlət Film Fondunun direktorunun maaşı 798 manatdan 1110 manata, direktor müavininin maaşı 677 manatdan 945 manata, şöbə müdirinin maaşı 600 manatdan 835 manata, fondların baş mühafizəçisi, baş biblioqraf, baş redaktor və baş mütəxəssisin maaşı 523 manatdan 730 manata, aparıcı biblioqraf, aparıcı redaktor, aparıcı mütəxəssis və bərpaçı-rəssamın maaşı 495 manatdan 690 manata, arxivçi-biblioqraf, redaktor, fond üzrə elmi işçi və mütəxəssisin maaşı 484 manatdan 675 manata, avtomobil sürücüsünün maaşı 210 manatdan 320 manata, kinomexanik, katibə-kompüter operatoru və kompüter operatorunun maaşı 210 manatdan 295 manata, yanğınsöndürən, gözətçi, film daşıyıcısı, xidməti otaqları yığışdıran və dalandarın maaşı 180 manatdan 260 manata qaldırılıb.

Bu qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

  • Əvvəlki

    Müsavat Partiyasını kim maliyyələşdirir? - ŞOK İDDİA

Digər xəbərlər

28.11.2024 İqtisadiyyat
İrandan 'neft' etirafı
0 0
28.11.2024 İqtisadiyyat
Yeni lizinq şirkəti təsis edilib
0 0