USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qubadakı “Soyqırımı memorial kompleksi”nin işçilərinin maaşları artırılıb

13.08.2019 İqtisadiyyat
0 0
Mədəniyyət Nazirliyinin tabeliyində olan Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin işçilərinin aylıq vəzifə maaşları artırılıb.

"Kommersant.az" xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında" qərarında dəyişikliklər edilib.

Dəyişikliyə əsasən, "Soyqırımı memorial kompleksi"nin işçilərinin aylıq vəzifə maaşları artırılaarq aşağıdakı kimi olub:

Sıra №-si Vəzifələrin adı Aylıq vəzifə maaşı (manatla)
1. Direktor 1000
2. Direktorun müavini 845
3. Şöbə müdiri 690
4. Baş mühafizəçi 630
5. Aparıcı mütəxəssis 600
6. Mütəxəssis, bələdçi 585
7. Zal nəzarətçisi 555
8. Baş mühasib 540
9. Elektrik montyoru 430
10. Mühəndis-mexanik, kompüter, foto-video mühəndisi 475
11. Anbardar, aqronom 385
12. Avtomobil sürücüsü 320
13. Gözətçi, xidməti otaqları yığışdıran və fəhlə kateqoriyasına aid edilən digər xidmətedici heyət 290

Qeyd edək ki, qərar bu ilin sentyabrın 1-dən qüvvəyə minir.