USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın buğdada idxaldan asılılığı artır, idxal bahalaşır

15.08.2019 İqtisadiyyat
0 0
Azərbaycanın buğdada idxaldan asılılığı dərinləşir. Eyni zamanda, xaricdən alınan buğda bahalaşıb.

"Kommersant.az" Dövlət Gömrük Komitəsinin aylıq statistikasına istinadən xəbər verir ki, 2019-cu ilin 7 ayı ərzində xaricdən Azərbaycana 145 milyon 789 min dollar dəyərində 653 min 228 ton buğda idxal olunub. Buğda idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 37,4%, miqdar ifadəsində isə 9,1% artıb.

2018-ci ilin 7 ayı ərzində xaricdən Azərbaycana 106 milyon 45 min dollar dəyərində 598 min 424 min ton buğda idxal edilmişdi.

Buğda idxalının dəyər ifadəsində miqdar ifadəsindən daha sürətli artması bu məhsulun bahalaşdığına işarədir. Ötən ilin 7 ayında orta hesabla 1 ton buğdanın idxalına 177 dollar xərlənmişdisə, bu ilin 7 ayında 223 dollar xərclənib (buğda idxalı 26% bahalaşıb).

  • Əvvəlki

    Nazirlik dərman firmasının cərimələnməsi üçün məhkəməyə müraciət edib

Digər xəbərlər

27.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
27.11.2024 İqtisadiyyat
Azərbaycan buğda idxalını azaldıb
0 0
27.11.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0