USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kərə yağı idxalından xərclərini 13%-dən çox azaldıb

15.08.2019 İqtisadiyyat
0 0
Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan 37,304 mln ABŞ dolları dəyərində 7 482 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.

"Kommersant.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, məbləğ baxımından 2018-ci ilin eyni ayının göstəriciləri ilə müqayisədə 5,683 mln dollar (13,22%) azdır, həcm baxımından isə illik müqayisədə 178 ton (2,44%) çoxdur.

Bu ilin yanvar-iyul aylarında kərə yağı və süddən hazırlanmış digər yağların idxalı Azərbaycanın ümumi idxalının 0,44%-ni təşkil edib.