USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakı metrosunda qatarların hərəkətində gecikmənin səbəbi açıqlandı

19.08.2019 İqtisadiyyat
0 0
Səhər saatlarında "İçərişəhər" metrostansiyasında texniki səbəblərdən qatarın depoya yola salınması və yerinə qatar verilməsi nəzərdə tutulsa da, qatara baxış keçirən təlimatçı-maşinist hər hansısa nasazlıq olmadığını müəyyən edib.

"Kommersant.az" Report-a istinadən xəbər verir ki, təlimatçı-maşinistin qərarına əsasən, qatar xətdə saxlanılıb.

Buna görə də, bütün xətt boyu qısa müddət ərzində 10 dəqiqəlik gecikmə qeydə alınıb.

  • Əvvəlki

    Hərraca çıxarılacaq dövlət əmlaklarına seçim başladı

Digər xəbərlər