Cari ilin yanvar-iyul ayları ərzində Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda dövr ərzində 1155,0 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.
"Kommersant.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,2%-lik artım müşahidə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilən məhsulların həcmi 7,4% artaraq 185,7 milyon manat təşkil edib.
Bu ilin hesabat dövründə 14 183,2 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 5,1% çoxdur.
Bunun 12 548,1 mln. kVt/saatı istilik elektrik stansiyalarının istehsalıdır. Küləklə işləyən stansiyaların enerji istehsalı ötən ilin analoji dövrü ilə müqayisədə 5 dəfə artaraq 71,1 mln. kVt/saat, günəş enerjisi ilə işləyən stansiyaların istehsalı isə 9,8% artaraq 25,7 mln. kVt/saat olub.