Bu ilin yanvar-iyul ayı ərzində nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi olan avtomobil nəqliyyatı sektorunda 83,2 mln ton yük, 983,7 mln sərnişin daşınıb.
"Kommersant.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2018-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,6% və 2,1% artım qeydə alınıb.
Sərnişinlərin 95,9%-i avtobus, 4,1%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.
Qeyd olunan dövrdə yük dövriyyəsi 2,6%, sərnişin dövriyyəsi isə 2,2% artıb.