USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu il Bakıda 1500-dən artıq yol nişanı yenilənib

23.08.2019 İqtisadiyyat
0 0
Bakı Nəqliyyat Agentliyi paytaxtın küçə və prospektlərində yol nişanlarının yenilənməsi, mövcud çatışmazlıqların aradan qaldırılması işlərini davam etdirir.

"Kommersant.az" xəbər verir ki, məqsəd nəqliyyat vasitələrinin təhlükəsiz və nizamlı hərəkətini təmin etmək, həmçinin yol hərəkəti iştirakçılarını məlumatlandırılmaqdır. Daxil olan vətəndaş müraciətləri, eyni zamanda, Agentliyin mütəxəssisləri tərəfindən aparılan təhlillərlə müəyyən edilən ünvanlarda yol nişanları ilə bağlı müvafiq tədbirlər görülüb. 2019-cu ilin ötən dövründə ümumilikdə 1500-dən artıq yol nişanı yenilənib. Nəticədə şəhərin müxtəlif yerlərində, xüsusən də ətraf ərazilərdə yol hərəkəti təhlükəsizliyinin səviyyəsi əhəmiyyətli dərəcədə artırılıb.