Bu ilin 30 iyun tarixinə Azərbaycanda internetin nüfuz səviyyəsi 79% təşkil edib.
Bu barədə Beynəlxalq Statistika Təşkilatının (Internet World Stats - IWS) dərc etdiyi qlobal şəbəkə istifadəçilərinin sayına dair hesabatda deyilir. Hesabata qeyd edilib ki, Azərbaycanda internet istifadəçilərinin sayı 7,91 milyon təşkil edir.
Əhali arasında internetin yayılması baxımından Cənubi Qafqaz və Orta Asiya ölkələri arasında Azərbaycan Gürcüstanı, Ermənistanı, Qazaxıstanı, Özbəkistanı, Qırğızıstanı, Tacikistanı və Türkmənistanı qabaqlayır.
IWS hesabatına əsasən Cənubi Qafqaz və Orta Asiya ölkələri arasında 17,1 milyondan çox internet istifadəçi sayı birinci yerdə Özbəkistan qərarlaşıb.
Cənubi Qafqaz və Orta Asiya ölkələri üzrə göstəricilər:
Ölkə
İnternet istifadəçilərin sayı (30 iyun 2019-cu il tarixinə)