Tanınmış jurnalist, BAKU.WS-in redaktoru Zülfüqar Xeyirxəbər hücuma məruz qalıb.
Bu barədə Z.Xeyirxəbər məlumat verib.
Jurnalist bildirib ki, ötən gün axşam saat 19:30-da maşını ilə Mərdəkandan Bakı istiqamətində hərəkətdə olarkən 99 AD 149 dövlət nömrə nişanlı ağ rəngli "Daewoo" markalı avtomobilin sürücüsü onun qarşısını kəsib.
Həmin maşının sürücüsü jurnalistlə mübahisə edib və ona hücum çəkib.
Ciddi bədən xəsarətləri alar sürücü 3 saylı xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra Z.Xeyirxəbər ambulator müalicə üçün evə buraxılıb.
Hadisə barəsə açıqlama verən jurnalist bunları deyib:
"Düzü, hadisənin səbəbi mənə də qaranlıq qaldı. Sağ zolaqda hərəkət edirdim. Sol iki zolaq boş olduğu halda arxadan uzun-uzadı siqnal verməyə, işıqları yandırıb-söndürməyə başladı.
Əlimlə işarə elədim ki nə lazımdır. Sürətini artırıb sola keçdi, söyüş söydü.
Dayanmağımı tələb elədi. Əhəmiyyət vermədim. Ciddi təhlükə törətməyə başladı.