USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan bazarına yeni pivə brendi daxil olur - RAZILAŞMA

31.05.2018 İqtisadiyyat
0 0
Rusiyanın Krasnodar vilayətindən iki şirkət 2018-ci ildə Azərbaycana məhsullarının tədarükünə başlamağı planlaşdırır.

"Kommersant.Az" xəbər verir ki, bu barədə Krasnodar vilayətinin Administrasiyasının rəsmi saytında məlumat verilir.

"Krasnodar vilayətinin müəssisələrinin Azərbaycana biznes missiyası zamanı müvafiq razılıq əldə olunub. Belə ki, artıq bu il pivə istehsalçısı "KropPivo" zavodu və kənd təsərrüfatı məhsullarının ixrac şirkəti "Skarmart" Azərbaycan bazarına ilk tədarükü həyata keçirməyi planlaşdırır. Bundan əlavə, şirkətlərin Azərbaycanda filiallarının açılması imkanı müzakirə olunur", - məlumatda qeyd edilir.

O cümlədən, vilayətin Administrasiyası vurğulayır ki, Azərbaycana işgüzar səfərdə 6 şirkətin nümayəndələri iştirak ediblər (ASK, tikinti, əczaçılıq, kimya və qida sənayesi məhsulları istehsal edən ixracyönümlü müəssisələr).