USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Pomidor qızıldan da çox valyuta gətirib - "Ləziz Catering"

01.06.2018 İqtisadiyyat
0 0
İxracı 26% artıb, 42,5 milyon dollar valyuta gətirib

"Kommersant.Az" bildirir ki, 2018-ci ilin aprel ayında qeyri-neft sektoru üzrə ixracda pomidor birinci yeri tutub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın 2018-ci ilin may sayına istinadən xəbər verir ki, Aprel ayında 18,5 milyon ABŞ dolları dəyərində pomidor ixrac olunub.

2018-ci ilin yanvar-aprel ayları ərzində isə Azərbaycandan 42,5 milyon dollar dəyərində pomidor ixrac olunub. Qeyd edək ki, 2017-ci ilin ilk 4 ayı ərzində Azərbaycandan 33,8 milyon ABŞ dolları həcmində pomidor ixrac olunmuşdu (26% artım).

İlk 4 ay üzrə, pomidor elektrik enerjisindən sonra ən çox ixrac olunmuş qeyri-neft sektoru məhsuludur. Yanvar-aprel aylarında 47,3 milyon dollarlıq elektrik enerjisi, 34,3 milyon dollarlıq qızıl ixrac olunub.