USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Pambıq yığımına son hazırlıq işləri həyata keçirilir

05.09.2019 İqtisadiyyat
0 0
Respublikada pambıq yığımına son hazırlıq işləri həyata keçirilir. Cari il ərzində pambıqçılıq rayonlarında əkilən pambığın becərilməsi üçün bütün qüvvələrdən maksimum istifadə edilib və fermerlərin daha çox məhsul götürmələri üçün bütün mümkün şərait yaradılıb.

Artıq pambığın becərilməsində suvarma, gübrələmə, kultivasiya, zərərverici və xəstəliklərə qarşı mübarizə, ucvurma və sair kimi aqrotexniki tədbirlər vaxtında aparılıb. Pambıqçılıq sahəsində ixtisaslaşmış hüquqi və fiziki şəxslər vaxtlı vaxtında texniki vasitələrlə, mineral gübrələrlə təmin edilib, xüsusilə də pambıq əkini həyata keçirildikdən sonra sahələrin pambıq sovkası və pambıq mənənəsi kimi zərərvericilərdən qorunmasını təmin etmək məqsədi ilə pestisid və insektisidlərin 70% faiz güzəştlə satışı həyata keçirilib. Eyni zamanda, əkin prosesini sürətləndirmək məqsədi ilə mexanizatorlar üçün sürücülük kursları təşkil olunub və kursları uğurla başa vuran şəxslərə sertifikatlar təqdim edilib.

Artıq son hazırlıq işləri ilə əlaqədar olaraq, pambıq əkini sahələri yığıma hazırlanır, sahə kənarları hamarlanır, şirkətlər və "Aqrolizinq" ASC-yə məxsus pambıq yığımında və daşınmasında istifadə edilən kənd təsərrüfatı texnikaları hazır vəziyyətə gətirilir, digər zəruri aqrotexniki və təşkilati tədbirlər həyata keçirilir.

Hazırda ölkə üzrə 411 ədəd pambıqyığan kombayn hazır vəziyyətə gətirilib ki, bunun 123 ədədi "Aqrolizinq" ASC-nin, 288 ədədi isə özəl şirkətlərin payına düşür. Bundan başqa, "Aqrolizinq" ASC-nin rayon bölmələrinin istifadəsində 125 ədəd "Belorus-80X" tipli traktor, 220 ədəd qoşqu mövcuddur. Cari ildə respublika üzrə 21 rayonda 100111,7 hektar sahədə pambıq əkini həyata keçirilib ki, bunun 96240,8 hektarı hüquqi şəxslərə, 3870,89 hektarı fiziki şəxslərə məxsusdur.

Qeyd edək ki, pambıqçılıq rayonlarında becərmə ilə bağlı bütün proseslər artıq başa çatdırılıb və yığıma hazırlıq prosesi gedir. İlkin olaraq pambıqyığan kombaynlar tərəfindən məhsulun toplanacağı sahələrdə defolyasiya işlərinə başlanılıb. Belə ki, yığımdan əvvəl pambıq kollarında yarpaqlarının tökülməsi üçün defolyant vurulur, 10-12 gün sonra isə pambıqyığan kombaynlar yığıma başlayır.

Hazırda "Aqrolizinq" ASC-nin rayon bölmələrinin gübrə anbarlarında biostimulyatorlar, defolyasiyanı həyata keçirmək üçün defolyantların dövlət tərəfindən müəyyən edilmiş 70 faiz güzəştlə pambıqçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə satışı həyata keçirilir.

  • Əvvəlki

    Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri açıqlanıb

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0